"Azərbaycan Afrika ölkələri ilə əməkdaşlığı prioritet istiqamətlərdən biri sayır"
    • 26-05-2022, 15:31
    • 356

"Azərbaycan Afrika ölkələri ilə əməkdaşlığı prioritet istiqamətlərdən biri sayır"

"Azərbaycan Afrika ölkələri ilə əməkdaşlığı öz xarici siyasətinin prioritet istiqamətlərindən biri hesab edir".

News24.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov "Qoşulmama Hərəkatının qiymətləndirilməsində Afrika qitəsinin rolu" adlı konfransda deyib.

Nazir bildirib ki, Azərbaycan Afrika ölkələrinin inkişafı üçün maliyyə yardımları edir: "Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığı ilbəil genişlənir. Məqsədimiz Azərbaycan və Afrika ölkələri arasında münasibətlərimizi diversifikasiya etməkdir".