Azercell-in baş sponsorluğu ilə “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya festivalı keçirilir -FOTO
    • 27-05-2022, 01:34
    • 414

Azercell-in baş sponsorluğu ilə “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya festivalı keçirilir -FOTO

Azercell-in baş sponsorluğu ilə “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya festivalı keçirilir. Lider operatorun “Rəqəmsal Yaşam Studiyası”nda ziyarətçiləri əyləncəli proqram və bol hədiyyələr gözləyir.

Azərbaycanda ilk dəfə olaraq Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyə Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı və “Azercell Telekom” MMC-in baş sponsorluğu ilə “TEKNOFEST” Aerokosmik və Texnologiya festivalı keçirilir. Bu möhtəşəm tədbirdə Azercell, həmçinin, xüsusi “Rəqəmsal Yaşam Studiyası” konsepsiyası ilə iştirak edir.

Azercell “TEKNOFEST” ziyarətçilərinə onları maraqlandıran və texnoloji tanış edən həllər, məhsul və yeniliklər təqdim edir. Şirkət “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədini əsas tutaraq, “TEKNOFEST Azərbaycan“ festivalındakı stendində həyatın müxtəlif sahələrində internetin rolunu əks etdirmək üçün öz Rəqəmsal Yaşam Studiyasında “Ağıllı şəhər” konsepsiyası, elektron mütaliə, əyləncə, sənət və digər mövzularda innovativ həllərə xüsusi yer verib. Əlavə olaraq, şirkətin stendində yer alan “Azercell Life və Azercell Akademiyası” guşəsi gənclərin təhsil və inkişafına imkan yaradan fərqli proqramlar haqqında ziyarətçiləri məlumatlandırır.

“TEKNOFEST Azərbaycan” özündə rəqəmsal məhsullar və xidmətlər sərgisi, texnologiya sahəsində müxtəlif yarışma və əyləncəli proqramları təqdim edir. Festival çərçivəsində 8 texnoloji müsabiqə və 3 beynəlxalq tədbirin keçirilməsi gözlənilir.

Sərgi pavilyonlarında Azərbaycan və Türkiyənin dövlət və özəl qurumlarının innovativ həllər və layihələri nümayiş olunmaqdadır.

2018-ci ildən etibarən Türkiyədə keçirilən ən böyük aviasiya, kosmos və texnologiya festivalının məqsədi gənclərə, tələbələrə, məktəblilərə, startaplara və sahibkarlara geniş fürsətlər yaratmaq, onların bilik və bacarıqlarının üzə çıxarılmasına yardımçı olmaqdan ibarətdir.