Gəncədə avtobus piyadanı vurub
    • 27-05-2022, 10:23
    • 196

Gəncədə avtobus piyadanı vurub

Mayın 26-da saat 15 radələrində Gəncə şəhərinin Atatürk prospektində Göygöl rayon sakini B.Bağırov idarə etdiyi “İveco” markalı avtobusla yolu keçən 50-55 yaşlı kişini vurub.

News24.az-a  verilən məlumata görə nəticədə xəsarət almış piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.