Maşınla vurulan piyada XƏSTƏXANADA ÖLDÜ
    • 11-05-2020, 12:49
    • 731

Maşınla vurulan piyada XƏSTƏXANADA ÖLDÜ

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, mayın 10-da saat 15 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini Ş.Mirzəyev idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yolu keçən həmyerlisi Alimə Səfərovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. 

Nizami (Gəncə) Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.