Milli Məclis informasiyanın mühafizəsinə dair qanuna dəyişikliyi qəbul edib
    • 27-05-2022, 11:30
    • 376

Milli Məclis informasiyanın mühafizəsinə dair qanuna dəyişikliyi qəbul edib

Azərbaycan qanunvericiliyinə “kritik informasiya infrastrukturu” anlayışı əlavə edilir.

News24.az -ın xəbərinə görə, bu, parlamentin bugünkü iclasında III oxunuşda müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliklə qanuna yeni fəsil əlavə edilir. Layihədə kritik informasiya infrastrukturu, onun obyekti və subyekti, digər anlayışlar, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində səlahiyyətli orqan, habelə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının hüquqi əsasları müəyyən olunur.

Qanuna dəyişiklik layihəsi III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.