“Qarabağ”-“Zirə” oyununda əlavə vaxt -YENİLƏNİR
    • 27-05-2022, 21:13
    • 352

“Qarabağ”-“Zirə” oyununda əlavə vaxt -YENİLƏNİR

"Qarabağ" və "Zirə" komandaları arasında keçirilən Azərbaycan Kubokunun final oyununda əlavə vaxt oynanılacaq. 

News24.az xəbər verir ki,  qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib - 1:1. 

"Zirə"nin qolunu 17-ci dəqiqədə Hamidu Keyta vurub.

69-cu dəqiqədə isə Ağdam təmsilçisinin legioneri Abdullah Zubir bərabərlik qoluna imza atıb. 

20:43

Azərbaycan Kubokunun final matçında ikinci qol vurulub.

News24.az xəbər verir ki, “Qarabağ” hesabı bərabərləşdirib.

Abdulla Zubir 69-cu dəqiqədə gözəl qola imza atıb.