Bakıda ölümlə hədələnən 20 yaşlı oğlan polisə müraciət etdi
    • 28-05-2022, 10:00
    • 358

Bakıda ölümlə hədələnən 20 yaşlı oğlan polisə müraciət etdi

Bakı şəhər Xəzər rayonuna ölümlə hədələnən şəxs polisə müraciət edib.

News24.az-ın məlumatına görə, 2002-ci il təvəllüdlü Famil Baxşızadə mayın 26-da Xəzər rayon Polis İdarəsi 3-cü polis şöbəsinə gələrək bildirib ki, tanışı onu hədələyərək pul tələb edir. O qeyd edib ki, mayın 19-dan etibarən 1994-cü il təvəllüdlü Akif Babazadə tərəfindən ölümlə təhdid edilir. Həmin şəxs 20 yaşlı oğlanı 690 manat verməyəcəyi təqdirdə öldürəcəyini bildirib.

Müraciət nəzarətə götürülüb və araşdırmalara başlanıb.