24 yaşlı Bakı sakini ölümlə hədələnir
    • 6-03-2019, 16:29
    • 783

24 yaşlı Bakı sakini ölümlə hədələnir

Bakıda kütləvi dava olub.

News24.az-ın məlumatına görə, 1995-ci il təvəllüdlü Əliyev Elməddin İlham oğlu 102-yə zəng edərək bir qrup şəxs tərəfindən döyüldüyünü deyib.

Onun verdiyi məlumata görə Tural adlı şəxs və tanımadığı daha 3 nəfər Babək prospektində ona hücum edib.

 4 nəfər Elməddini döyüb və sonra onu ölümlə hədələyərək qaçıblar. Elməddin Əliyev müraciətdən sonra polis şöbəsinə ətraflı məlumat vermək üçün dəvət edilib.

Araşdırma aparılır.

Taleh BAĞIROV