Bakıda atıcılıq üzrə Dünya Kubokunda ilk finallar başa çatdı
    • 29-05-2022, 13:49
    • 408

Bakıda atıcılıq üzrə Dünya Kubokunda ilk finallar başa çatdı

Dünən Bakıda başlayan atıcılıq üzrə Dünya Kubokunda ilk finallar başa çatıb.

News24.az xəbər verir ki, 10 m tüfəng atıcılığı üzrə kişilər arasında keçirilən yarışda serbiyalı Lazar Kovaçeviç 16:14 hesabı ilə xorvatiyalı Miran Mariçiçi önləyərək qızıl medal qazanıb.

Yarışın gümüş medalçısı Miran Mariçiç, bürünc medalçısı qazaxıstanlı İslam Usseynov olub.

10 m tüfəng atıcılığı üzrə qadınların finalında fransalı Osean Müller rəqibi polşalı Aneta Stankeviçə 16:12 hesabı ilə  qalib gəlib. Rumıniyalı İli Laura-Georgeta bürünc medal sahibi olub.

Qadın və kişilər arasında 10 m tapança atıcılığı üzrə finallar da bu gün keçiriləcək.