Bakıda quldurluq edən şəxs saxlanılıb
    • 30-05-2022, 10:28
    • 308

Bakıda quldurluq edən şəxs saxlanılıb

Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini E.Məmmədova qarşı quldurluq etməkdə şübhəli bilinən Rəşad Almazov saxlanılıb.

Bu barədə News24.az-a məlumat verilib.

Şəxsi axtarış zamanı ondan nömrəsi silinmiş “Makarov” markalı tapança, 3 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.