-
- 14-12-2018, 17:12
- 949
Bakı-Tbilisi-Qars marşrutunda hərəkət edəcək sərnişin vaqonlarının Almaniyada sınaq testləri keçirilir
“Azərbaycan Dəmir Yolları” QSC 2019-cu ildə Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkilini planlaşdırır.
News24.az xəbər verir ki. bu məqsədlə gələn ilin birinci rübündə İsveçrənin “STADLER Rail Group” şirkəti tərəfindən istehsal olunmuş yeni yataq tipli vaqonlar Azərbaycana gətiriləcək. Sözü gedən vaqonlar ən son texnologiya əsasında istehsal edilir.
Hazırda Almaniyanın Donauvörth və Treuchtlingen dəmir yolu stansiyaları arasında Bakı-Tbilisi-Qars dəmir yolu marşrutunda hərəkət edəcək sərnişin vaqonlarının bütün parametrlər üzrə testləri keçirilir.
Testlər Almaniyanın dəmir yolları tərəfindən 35 km məsafədə aparılır.
Yoxlanış zamanı vaqonların sürət həddi 177 km/saatadək çatdırılıb. Hal-hazırda testlər uğurla davam etdirilir.
Qeyd edək ki, test yürüşləri “Azərbaycan Dəmir Yolları” QSC-nin və “STADLER Rail Group” şirkətinin nümayəndə heyətlərinin birgə iştirakı ilə həyata keçirilir.