Radara düşən YPX avtomobilinin cəriməsi başqasına gəldi - FOTO
    • 31-05-2022, 11:45
    • 273

Radara düşən YPX avtomobilinin cəriməsi başqasına gəldi - FOTO

Azərbaycanda Dövlət Yol Patrul Xidmətinin (YPX) avtomobili sürət həddini aşıb.

News24.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat paylaşılıb.

İmişli rayonunun Bəhramtəpə qəsəbəsində sürət həddi 90 km/saat olan yolda 99-YP-978 dövlət nömrə nişanlı yol polisi avtomobili 129 km/saat sürəti ilə radara düşüb.

Qəribəsi isə odur ki, bununla bağlı cərimə protokolu başqa şəxsə göndərilib.

Protokolda isə cərimənin 99-MP-978 dövlət nömrə nişanlı avtomobilə yazıldığı qeyd edilib.