-
- 20-02-2019, 13:07
- 1 278
Azərbaycanda maraqlı hadisə: 4 ildir dünyasını dəyişən şəxs radara düşdü - FOTO
Azərbaycanda qəribə hadisə baş verib. 4 ildir dünyasını dəyişən şəxs bu ilin fevral ayının 1-də Salyan yolunda sürət həddini aşdığına görə radara düşüb.
News24.az bildirir ki, radara düşən mərhumun həyat yoldaşı Zakirə Zakirqızının bildirdiyinə görə, bununla bağlı yaşadıqları ünvana Baş Dövlət Yol Polisi İdarəsindən məktub göndərilib:
"Dünən mərhum həyat yoldaşım Mirzəquluzadə Elxan Balağa oğlunun adına Baş Dövlət Yol Polisi İdarəsindən məktub gəlib. Fevral ayının 1-də Salyan yolunda sürət həddini aşdığına görə radara düşüb. Sonra da idarə etdiyi "Nissan Patrol" avtomobili texniki baxışdan keçmədiyi üçün üstəlik 50 manat da cərimələnib."
Zakirə xanım həyat yoldaşının həyatda olmadığını deyir və baş verənləri anlamağa çalışır:
"DYP-nin başbilənlərinə deyim ki, mənim yoldaşım 4 ildir rəhmətə gedib və bizim heç vaxt NİSSAN PATROL maşınımız olmayıb. Hətta öz adına belə kiminçüsə alsaydı xəbərim olardı. İndi məni bir məsələ düşündürür; birdən bu maşın kimisə vurub, öldürdü, məsuliyyəti kim daşıyacaq? Mənim 4 il bundan əvvəl dünyaslnı dəyişmiş yoldaşım"?
Qeyd edək ki, Zakirə Zakirqızı jurnalistdir. Hazırda Xəzər TV-də çalışır.