Deputatdan İRAD: "Zaqatala Hava Limanının bağbanı var, təyyarəsi yoxdur"
    • 31-05-2022, 22:04
    • 249

Deputatdan İRAD: "Zaqatala Hava Limanının bağbanı var, təyyarəsi yoxdur"

"Zaqatala Hava Limanının bağbanı var, kafesi var, hətta bəlkə pilotu da var, amma təyyarəsi yoxdur",

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Elşən Musayev deyib.

O, bu problemin həll olunması üçün hökumətə müraciət edib.

E.Musayev həmçinin bildirib ki, əvvəllər hökumətin üzvləri deputatlarla büdcə müzakirələrinə o qədər də açıq deyildilər, artıq vəziyyət dəyişib./Publika.az/