Abşeronda polis ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
    • 1-06-2022, 13:09
    • 260

Abşeronda polis ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb

Abşeron Rayon Mühafizə İdarəsinin polis nəfəri İntiqam Çıraqov təlimə gedərkən xidməti silahla ehtiyatsız davrandığına görə açılan atəşdən xəsarət alıb.

DİN Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, polis əməkdaşı dərhal DİN-nin Hospitalına çatdırılmış, bütün tibbi müdaxilələrə baxmayaraq vəfat edib.

Allah rəhmət eləsin.