Almaniya Ukraynanı hava hücumundan müdafiə sistemi ilə təmin edəcək
    • 1-06-2022, 14:54
    • 448

Almaniya Ukraynanı hava hücumundan müdafiə sistemi ilə təmin edəcək

Almaniya kansleri Olaf Şolz  Ukraynaya “İris-T” tipli hava sistemi verəcəklərini açıqlayıb.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, Almaniyanın bütün imkanları ilə Ukraynanı dəstəkləməyə davam edəcəyini bildirən Scholz, hökumətin indi Ukraynaya ən müasir hava hücumundan müdafiə sistemi olan İris-T sistemini tədarük etməyə qərar verdiyini açıqlayıb.

Kansler Şolz“Beləliklə, biz Ukraynanı elə vəziyyətə saldıq ki, o, böyük bir şəhəri Rusiyanın hava hücumlarından qoruya bilsin”, - ifadəsini işlədib.

Bununla yanaşı, Scholz Ukraynanı müasir radar sistemi ilə təmin edəcəklərini və Hollandiya ilə Ukraynaya ən müasir haubitsaları tədarük edəcəklərini bildirib.

Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları müdafiə edən Scholz, "Bunlar geniş və təsirli sanksiyalardır".- deyə bildirib.

Kansler Şolz bu məsələdə nümayiş etdirilən birliyin pozulmamasını istəyib.

Şolz eyni zamanda xatırladıb ki, Ukrayna hökuməti Almaniyanın müdafiə sənayesi ilə də “Gepard” tipli tankın alınması üçün müqavilə imzalayıb.