Bakıda hosteldə əcnəbi vətəndaşın 6 min dolları oğurlandı
    • 3-06-2022, 10:45
    • 367

Bakıda hosteldə əcnəbi vətəndaşın 6 min dolları oğurlandı

Bakıda hosteldə əcnəbi vətəndaşın çantasından 6 min dollar oğurlanıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə rayon ərazisindəki hostellərin birində əcnəbi vətəndaşın çantasından 6 000 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş O.Abdullayev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.