FHN hindistanlı turistin axtarışı barədə MƏLUMAT YAYDI
    • 3-06-2022, 10:54
    • 324

FHN hindistanlı turistin axtarışı barədə MƏLUMAT YAYDI

"İtkin düşmüş əcnəbinin axtarış-xilasetmə işləri davam etdirilir".

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə mayın 13-də Zaqatala rayonu ərazisində Hindistan vətəndaşı, 1993-cü il təvəllüdlü Manikanth Kondaveetinin itkin düşməsi barədə məlumat daxil olub. M.Kondaveetinin itkin düşməsi ilə əlaqədar FHN-in və digər aidiyyəti dövlət qurumları tərəfindən axtarış-xilasetmə tədbirləri təşkil olunub.

Hazırda vətəndaşın itkin düşdüyü ehtimal olunan marşrut üzrə (mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə) FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri, həmçinin Daxili İşlər Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb olunmaqla axtarış-xilasetmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.