-
- 3-06-2022, 11:59
- 351
Şirvanda 18 yaşlı oğlanın ölüm səbəbi AÇIQLANDI
Şirvan sakininin ölümü ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə News24.az-a Şirvan Şəhər Prokurorluğundan məlumat verilib.
Bildiirlib ki, mayın 21-i saat 07 radələrində şəhər sakini, 2004-cü il təvəllüdlü Əli Ələkbərovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla müəyyən edilib ki, Əli Ələkbərov yağışlı hava şəraitində yaşadığı Şirvan şəhəri, N.Tusi küçəsində hərəkətdə olarkən transformatora yaxın dəmir dayağın söykənəcəyindən tutan zaman elektrik cərəyanı vurması nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə istintaq davam edir.