“Liatris Holding”in 4 yaşı tamam olur
    • 3-06-2022, 12:32
    • 687

“Liatris Holding”in 4 yaşı tamam olur

Bu gün iş xanımı Ruhi Əliyevanın rəhbərlik etdiyi “Liatris Holding”in 4 yaşı tamam olur.

News24.az-ın məlumatına görə, 4 il bundan əvvəl fəaliyyətə başlayan “Liatris Holding”in nəzdində Emerald Butik, MRH Reklam Agentliyi, News24.az və Olay.az xəbər portalları fəaliyyət göstərir.

Məlumat üçün bildirək ki, “Liatris Holding” bu günə qədər çoxsaylı xeyriyyə aksiyaları keçirib. Bu aksiyalarda aztəminatlı ailələrə dəstək ön planda yer alıb.

“Liatris Holding”in fəaliyyətinin prioritet istiqamətlərindən biri də şəhid və qazi ailələri olub. Şirkət şəhid və qazi ailələrinə daim maddi və mənəvi diqqət ayırıb, onların qayğılarına ümid işığı olmağa çalışıb. 

Bundan əlavə, “Liatris Holding” çox sayda uğurlu sosial layihələrə imza atıb. Bu layihələrin əsas qayəsini “qadına şiddətə son” və “narkotikə yox deyək” mövzuları əhatə edib.