Türkiyəli aktyor  ölümlə təhdid edildi
    • 3-06-2022, 14:50
    • 544

Türkiyəli aktyor ölümlə təhdid edildi

Türkiyəli aktyor Fikret Kuşkan ötən həftə evinin arxa küçəsində sahibsiz itlərin hücumuna məruz qalıb.

News24.az xəbər verir ki, onu bu çətin vəziyyətdən eyni səmtdə yaşayan dostu xilas edib.

Fikret iddia edib ki, o, həmin itlərə yemək verən qonşusu tərəfindən təhdid olunur.

Qeyd edək ki, Fikret sonuncu dəfə "El kızı" serialında rol alıb.