Göyçayda itlərin hücumuna məruz qalan şagird VƏFAT ETDİ
    • 27-03-2021, 17:42
    • 629

Göyçayda itlərin hücumuna məruz qalan şagird VƏFAT ETDİ

Göyçayda itlərin hücumuna məruz qalan 10-cu sinif şagirdi vəfat edib.

News24.az xəbər verir ki, bu barədə təhsil üzrə ekspert Kamram Əsədov "Facebook" hesabında məlumat verib. O bildirib ki, 2006-cı il təvəllüdlü Ömərov Arif Asif oğlu Novruz bayramı günü axşam saatlarında qonşuların həyətinə papaq atarkən küçədə itlərin hücumuna məruz qalıb:"O, qaranlıq vaxtı köməksiz olduğu üçün itlərdən qorxub, halı pisləşib. Qorxu səbəbindən xəstələnən 10-cu sinif şagirdi xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Arif 5 gün sonra orada vəfat edib. Allah rəhmət eləsin şagirdimizə".