Dövlət Proqramı ilə xaricdə təhsil alanlar 5 il Azərbaycanda işləməlidir
    • 3-06-2022, 16:57
    • 359

Dövlət Proqramı ilə xaricdə təhsil alanlar 5 il Azərbaycanda işləməlidir

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” məzunlarıın işlə təmin olunması üçün müddəa var”.

 News24.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov bildirib.

Onun sözlərinə görə, həmin şəxs məzun olduqdan sonra ölkəyə qayıtmalı və 5 il Azərbaycanda işləməlidir.

Şöbə müdiri deyib ki, şəxs əgər hər hansı fors-major hallar səbəbi ilə təhsilini dayandırarsa “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində yalnız bir semestr möhlət müddəti ərzində maliyyələşdirilməsi davam etdiriləcək:

"Bundan başqa, tələbə təhsil müddətini başa vurduqdan sonra müvafiq olaraq hesabat təqdim etməlidir. Dövlət Proqramı ilə xaricdə təhsil zamanı kademik müvəfəqqiyətsizlik olarsa, maliyyələşmə dayandırılır. Akademik müvəfqqiyətsizlik aradan qaldırıldıqdan sonra yenidən maliyyələşmə davam edir".