"Xaricdə təhsil proqramı cekpot deyil" - Təhsil Naziri
    • 1-03-2022, 14:54
    • 1 656

"Xaricdə təhsil proqramı cekpot deyil" - Təhsil Naziri

“Xaricdə təhsil proqramı cekpot deyil. Burada dövlətin inkişafına xidmət edən gənclərin təhsil alması əsas məsələlərdən biridir".

News24.az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev 2022-2026-cı illər üçün Dövlət Proqramı ilə bağlı keçirilən brifinqdə deyib.

O qeyd edib ki, xaricdə təhsil alan şəxslər iş tapmaq problemi ilə üzləşməyəcəklər: "Xaricdə təhsil alan şəxslərin hüquqi çərçivədə ölkəyə qayıtmasına çalışacağıq".