Bakı Şəhər Halqası yollarda quraşdırma işləri ilə bağlı məlumat yaydı
    • 3-06-2022, 17:42
    • 303

Bakı Şəhər Halqası yollarda quraşdırma işləri ilə bağlı məlumat yaydı

Paytaxt Bakıda keçiriləcək 2022-ci il Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq işləri çərçivəsində quraşdırma işləri davam edir. 


Bakı Şəhər Halqasından News24.az-a verilən məlumata görə, nəqliyyatın hərəkəti 3 iyun tarixindən 4 iyun tarixinə keçən gecə Rəsul Rza küçəsi və Neftçilər prospektinin kəsişməsi təhlükəsizlik baryerlərinin quraşdırılması səbəbilə qismən məhdudlaşacaq. 

 

Burada nəqliyyatın hərəkəti yarış bitdikdən sonra bərpa olunacaq. 

 

Həmçinin, 4 iyun tarixindən 5 iyun tarixinə keçən gecə Neftçilər prospektində yerləşən Bakı Dəniz Vağzalının önündə beton blokların quraşdırılması həyata keçiriləcək. Bununla əlaqədar yol bir qədər daralacaq. 

 

Qeyd edək ki, növbəti Formula 1 Azərbaycan Qran Prisi 2022-ci il, 10-12 iyun tarixlərində keçiriləcək. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) sürücülərə anlayışlarına görə təşəkkür edir.