Bakıda dəhşətli hadisədə ölən polis kapitanının - FOTOSU
    • 4-06-2022, 10:23
    • 533

Bakıda dəhşətli hadisədə ölən polis kapitanının - FOTOSU

May ayında Bakı şəhərində polis kapitanının qəzada vəfat etməsi barədə məlumat vermişdik.

News24.az-ın məlumatına görə, həmin vaxt gecə saatlarında Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı Vasif Quliyec Chevrolet Niva markalı avtomobillə Bakı şəhər Yasamal rayonu Tbilisi prospektində qəza törətmişdi. Belə ki, avtomobil sürətlə betona çırpılmış və sürücü V.Quliyev dünyasını dəyişmişdi. Mərhum polis zabitinin fotosunu təqdim edirik.

Qeyd edək ki, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşı, polis kapitanı, 1988-ci il təvəllüdlü Vasif Qulu oğlu Quliyev idarə etdiyi 90-PT-974 dövlət qeydiyyat nömrəli xidməti avtomobillə  xidmətdən kənar vaxtı qəzaya düşərək ölüb.