Cəlilabadda polis qəzaya düşdü
    • 30-12-2021, 14:42
    • 733

Cəlilabadda polis qəzaya düşdü

Cəlilabad Rayon Polis Şöbəsinin  əməkdaşı qəzaya düşərək xəsarət alıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan News24.az-a verilən xəbərə görə, Cəlilabad RPŞ-nin Post Patrul Xidməti bölüyünün polis nəfəri, polis serjantı Tural Atakişiyev idarə etdiyi özünə məxsus “VAZ 21214” markalı avtomobillə dekabrın 29-da axşam saatlarında xidmətdən kənar vaxtda Cəlilabad-Yardımlı yolunun Sərhədabad kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən idarəetməni itirib.

Maşın aşaraq yolun kənarına düşüb. Qəza nəticəsində xəsarətlər alan sürücü T.Atakişiyev Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, hazırda ona təxirəsalınmaz ixtisaslı tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.