Bremerə 50 milyonluq TƏKLİF
    • 4-06-2022, 11:48
    • 248

Bremerə 50 milyonluq TƏKLİF

“Torino”nun futbolçusu Qleyson Bremer karyerasını İngiltərədə davam etdirə bilər.

News24.az Apasport.az-a istinadən xəbər verir ki, müdafiəçi “Tottenhem”in hədəfindədir.

London klubu onun üçün 50 milyon avro ödəməyə hazırdır. Premyer Liqa təmsilçisi keçidlə bağlı təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, Bremer A seriyasının nəhənglərinin də maraq dairəsindədir.