Gürcüstanda 65 yaşlı azərbaycanlı qadın başı kəsilərək qətlə yetirilib
    • 15-12-2018, 16:25
    • 1 133

Gürcüstanda 65 yaşlı azərbaycanlı qadın başı kəsilərək qətlə yetirilib

Gürcüstanın Marneuli rayonunun Kirovka kəndində 65 yaşlı Bəsti Məmmədovaqətlə yetirilib.

B.Məmmədovanın meyiti bu gün səhər saatlarında yaşadığı evin zirzəmisində başı kəsilmiş halda aşkar olunub. Zirzəmidə meyitin basdırılması üçün qəbir də qazılıb.
Qətlin beş gün öncə törədildiyi məlum olub. B.Məmmədovanı öz qardaşı oğlu Nicat Məmmədov qətlə yetirib. Hadisənin səbəbi məlum deyil.
N.Məmmədovun çoban olduğu və əvvəllər məhkumluq həyatı yaşadığı bildirilib.
Gürcüstan Daxili İşlər Nazirliyində qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb. Qətl törədən şəxsin saxlanılması istiqamətində tədbirlər həyata keçirilir. 

//Report