"The White Wind" restoranının aşpaz heyəti qızıl medala layiq görüldü
    • 4-06-2022, 13:50
    • 314

"The White Wind" restoranının aşpaz heyəti qızıl medala layiq görüldü

“Reges Restaurants”  restoranlar qrupuna daxil olan "The White Wind" restoranının aşpaz heyəti, (baş aşpaz Abdulla Qəmbərov, baş aşpaz köməkçisi Cabbar Ağayev və baş qənnadçı Anar Namazov) 18-20 may 2022-ci il tarixlərində ölkəmizdə keçirilən "Qızıl Şah" Milli Kulinariya Çempionatında"Senior Practical Team"koteqoriyası ūzrə iştirak edib və çempionatın həmin kateqoriyası üzrə qızıl medalına layiq görülüb.

Bu yarışma Azərbaycanın məşhur aşpazı Şahhüseyn Kərimovun şərəfinə "Qızıl Şah" adlandırılır.

Qeyd edək ki, yarışma ACSA tərəfindən 2019-cu ildən keçirilir , iştirakçılar yüksək səviyyəli beynəlxalq Münsiflər Heyəti tərəfindən  qiymətləndirilir.