XI sinif məzunları qızıl və gümüş medala layiq görüldü
    • 1-08-2019, 10:03
    • 867

XI sinif məzunları qızıl və gümüş medala layiq görüldü

Bakı məktəblərinin məzunları qızıl və gümüş medalla təltif olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən News24.az-a verilən məlumata görə, təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 14-ü qızıl, 1-i gümüş medala layiq görülüb. Əmrdə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların adları və sayı açıqlanıb. Belə ki, ümumilikdə respublika üzrə bu il təhsil müəssisələrini bitirən məzunlardan 112-si qızıl, 67-si isə gümüş medalla təltif olunub. Qeyd edək ki, qızıl və gümüş medala namizədlər Nazirlər Kabinetinin 2010-cu il qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilib.