-
- 6-06-2022, 13:00
- 677
Cəlal Qurbanov palataya köçürüldü
Nəğməkar-şair Cəlal Qurbanov palataya köçürülüb.
Bu barədə özü News24.az-a açıqlamasında bildirib.
O qeyd edib ki, zərbə nəticəsində yaddaşında yaranan pozuntular bərpa olunub: "Hazırda vəziyyətim yaxşıdır".
Eyni zamanda, Cəlal Qurbanov sosial şəbəkələrdə yayılan görüntülərə də fikir bildirib. O vurğulayıb ki, itlər özünə yox, ata hücum edib.
Qeyd edək ki, nəğməkar-şair sabah xəstəxanadan evə buraxılacaq.
Cəlal Qurbanov müalicə aldığı müddətdə ona dəstək olan dostlarına da təşəkkürünü bildirib: "Müalicə aldığım müddət ərzində dəstəyini əsirgəməyən Zülfiyyə Xanbabayeva, Ruhi Əliyeva, Röya Ayxan, Mirələm Mirələmov, Lalə Azərtaş, Günel Zeynalova və adını qeyd etmədiyim digər dostlarıma təşəkkür edirəm".