Vilayət Eyvazovdan yeni təyinat: Baş əməliyyat müvəkkili vəzifəsindən azad olundu
    • 8-09-2020, 13:49
    • 746

Vilayət Eyvazovdan yeni təyinat: Baş əməliyyat müvəkkili vəzifəsindən azad olundu

Daxili İşlər orqanlarında yeni təyinat olub.

News24.az
xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Qarayev Seymur Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə, o, Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin rəisi vəzifəsinə təyin olunub.