BMU bir sıra ixtisaslara qəbulu dayandırdı
    • 7-06-2022, 17:46
    • 294

BMU bir sıra ixtisaslara qəbulu dayandırdı

Bakı Mühəndislik Universiteti ingilis dilində tədris aparılan ixtisaslara qəbulun dayandırılmasına aydınlıq gətirib.

News24.az xəbər verir ki, universitetin mətbuat xidmətinin rəhbəri Elman Babayev bildirib ki, qəbul planı kadr və mütəxəssislərə olan tələbat nəzərə alınaraq hər il müvafiq dövlət qurumları tərəfindən təsdiqlənir:

"Bakı Mühəndislik Universitetinin ingilis dilində tədris aparılan iqtisadiyyat və pedaqoji ixtisaslarına növbəti tədris ili üçün qəbul nəzərdə tutulmayıb. Tədrisi Azərbaycan dilində aparılan iqtisadiyyat, pedaqoji və digər bütün ixtisaslar üzrə qəbul planı isə əvvəlki illərdə olduğu kimi saxlanılıb".