"Höcətləşə-höcətləşə bu yerə gəlib çıxdıq" - Məşhur aparıcının qızının ÖZƏL GÜNÜ - VİDEO
    • 7-06-2022, 19:11
    • 467

"Höcətləşə-höcətləşə bu yerə gəlib çıxdıq" - Məşhur aparıcının qızının ÖZƏL GÜNÜ - VİDEO

Tarixlərin sınağından çıxan, ən çətin dönəmlərdə özünü təsdiq etmiş birlik, həmrəylik, inam və sevgiyə söykənən Azərbaycan-Türkiyə dostluğu təkcə hərb meydanında deyil, elm meydanında da davam edir.

Bu dostluğun qüvvətləndirmək, vətəni sevən, iki dövlət bir millət düşüncəli gənclər yetişdirmək arzusu ilə qurulan  Bakı Atatürk liseyi bu il 30-cu ilini qeyd edir.

Bakı Atatürk liseyi Türk Dünyası Araşdırmalar Vəqfi və  Azərbaycan Nazirlər Şurasının qərarı ilə 1992-ci ildə açılıb. Bu lisey Türkiyədən kənarda yaradılan ilk təhsil ocağıdır. Azərbaycan təhsilini inkişaf etdirmək, 70 il ərzində ayrı düşən Azərbaycan-Türkiyə ölkələrini birləşdirmək, dildə, fikirdə, işdə birlik göstərən gənclərin yetişməsinə yardımçı olmaq liseyin əsas məqsədidir. 

Bakı Atatürk Liseyi 30-cu təsis ilində 2021-2022-ci  il məzunlarının buraxılış gününü təşkil edib.

Bakıda Dövlət Akademik Musiqili Teatrında keçirilən tədbirdə Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı , TDAV prezidenti Közhan Yazğan Türkiyənin Bakıdakı qurum və təşkilatlarının nümayəndələri, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.

Azərbaycan dövlət himni ilə başlayan tədbirdə çıxış edən Bağcı ailələrə və müəllimlərə əməklərinə görə təşəkkürünü bildirib: "Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr də türk dünyasına bir nümunədir. Bu əlaqəni daha yaxşı bir nöqtəyə daşıyacaq,  gənclər ideallarımızı reallaşdıracaqlar”.

Şagirdlərin hazırladıqları musiqi, şeir və rəqs nömrələri ilə davam edən tədbir diplomların verilməsi vəməzun papaqların atılması ilə başa çatıb.

Qeyd edək ki, məzunlar içərisində Xəzər televiziyasının tanınmış aparıcısı Leyla Mustafayevanın qızı da var. Valideynləri ilə tədbirə qatılan Selcan bu günü səbrsizliklə gözlədiyini deyib.

News24.az komandasının tədbirdən hazırladığı sujeti təqdim edirik: