Miloş Zeman eynicinsli nikahlara "yox" dedi
    • 7-06-2022, 21:50
    • 398

Miloş Zeman eynicinsli nikahlara "yox" dedi

Çexiya Prezidenti eynicinsli nikahlar haqqında qanunu imzalamaqdan imtina edəcəyini bəyan edib.
News24.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Elan etmək istərdim ki, əgər həqiqətən belə bir qanun mənim masamda olarsa, ona veto qoyacağam. Eynicinsli cütlüklər qeydiyyatdan keçmiş tərəfdaşlığın bütün üstünlüklərinə malikdirlər. Amma ailə qadınla kişi birliyidir. Dövrün eynicinsli cütlüklərin uşaq sahibi olmağa qədər getdiyini hələ eşitməmişəm. Oxudum ki, guya 90 növ (insan) cinsi var. Çox diqqətlə saydım, amma indiyə qədər yalnız iki cinsi (kişi və qadın) tapdım. Mən buna (bəyanata) ömrümün sonuna qədər sadiq qalacağam” deyə, Miloş Zeman bildirib. /Teleqraf.com/