-
- 3-03-2021, 09:47
- 290
Dövlət qulluğuna qəbul imtahanları keçirilib
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 19 fevral 2021-ci ildə inzibati vəzifələrin A və B növünə (inzibati rəhbər və icraçı vəzifələr) aid olan AA, AB, AC, BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanları keçirilib.
DİM-dən News24.az-a verilən məlumata görə, qeydiyyatdan keçən namizədlərin 1008 nəfəri kişi, 1084 nəfəri isə qadın olmuşdur. Qeydiyyatdan keçən namizədlərdən kişilər üzrə 931 nəfər (qeydiyyatdan keçənlərin 92.4%-i), qadınlar üzrə isə 1005 nəfər (qeydiyyatdan keçənlərin 92.7%-i) 20-34 yaş intervalında olanlardır. Yuxarı yaş qrupları (45-64 yaş intervalı) üzrə 17 nəfər (9 kişi, 8 qadın) qeydiyyatdan keçsə də, imtahanda yalnız 1 nəfər (1 qadın) uğur qazana bilib. Ümumiyyətlə, imtahanda iştirak edən 40 yaşdan yuxarı namizədlərdən yalnız 4 nəfər imtahanı uğurla keçib.
Ümumilikdə imtahanda müvəffəqiyyət əldə edən 651 nəfər (uğur əldə edənlərin təqribən 88%-i, 281 kişi və 370 qadın) 20‑29 yaş intervalında olan namizədlərdir. 30-39 yaş intervalında isə 85 nəfər (42 kişi və 43 qadın) lazım olan balı toplaya bilib.
Cədvəldən də göründüyü kimi imtahanda uğur qazanan namizədlərin 721 nəfəri, yəni təqribən 97.4%-i yaşı 34-ə qədər olan insanlardır. 35-64 yaş intervalında olan və imtahanı uğurla keçən namizədlərin sayı 19 nəfərdir.
Xatırladaq ki, imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçmiş 2092 namizəddən 740 nəfəri (35.4%) müvəffəqiyyət əldə edib. Nəticələrə kişi və qadınlar üzrə ayrıca baxsaq görərik ki, qadınların müvəffəqiyyət göstəriciləri nisbətən yüksək olub. Belə ki, qeydiyyatdan keçmiş 1008 kişidən 324 nəfər (32.1%), 1084 qadından isə 416 nəfər (38.4%) uğur əldə edib.
Daha ətraflı statistik məlumatlarla aşağıdakı cədvəllərdə tanış ola bilərsiniz:
Kişi və qadınlar üzrə məlumat
Ümumi məlumat

Cinsi | Yaş intervalı | Qeydiyyatdan keçmişdir | Test imtahanından uğurla keçib | Faizlə (%) | |
Kişi | 20-24 | 311 | 158 | 50.8 | |
Kişi | 25-29 | 445 | 123 | 27.6 | |
Kişi | 30-34 | 175 | 33 | 18.9 | |
Kişi | 35-39 | 58 | 9 | 15.5 | |
Kişi | 40-44 | 10 | 1 | 10.0 | |
Kişi | 45-49 | 5 | 0 | 0.0 | |
Kişi | 50-54 | 0 | 0 | 0.0 | |
Kişi | 55-59 | 2 | 0 | 0.0 | |
Kişi | 60-64 | 2 | 0 | 0.0 | |
Kişilər üzrə cəmi: | 1008 | 324 | 32.1 | ||
Qadın | 20-24 | 422 | 218 | 51.7 | |
Qadın | 25-29 | 422 | 152 | 36.0 | |
Qadın | 30-34 | 161 | 37 | 23.0 | |
Qadın | 35-39 | 56 | 6 | 10.7 | |
Qadın | 40-44 | 15 | 2 | 13.3 | |
Qadın | 45-49 | 6 | 1 | 16.7 | |
Qadın | 50-54 | 1 | 0 | 0.0 | |
Qadın | 55-59 | 1 | 0 | 0.0 | |
Qadın | 60-64 | 0 | 0 | 0.0 | |
Qadınlar üzrə cəmi: | 1084 | 416 | 38.4 | ||
Yekun: | 2092 | 740 | 35.4 |
Yaş intervalı | Qeydiyyatdan keçmişdir | Test imtahanından uğurla keçib | Faizlə (%) | |
20-24 | 733 | 376 | 51.3 | |
25-29 | 867 | 275 | 31.7 | |
30-34 | 336 | 70 | 20.8 | |
35-39 | 114 | 15 | 13.2 | |
40-44 | 25 | 3 | 12.0 | |
45-49 | 11 | 1 | 9.1 | |
50-54 | 1 | 0 | 0.0 | |
55-59 | 3 | 0 | 0.0 | |
60-64 | 2 | 0 | 0.0 | |
Cəmi: | 2092 | 740 | 35.4 |