Şahzadə Harri və Meqan Marklın bir yaşlı qızının ad günündən görüntülər - FOTO
    • 8-06-2022, 01:25
    • 328

Şahzadə Harri və Meqan Marklın bir yaşlı qızının ad günündən görüntülər - FOTO

Sasseks hersoqu və hersoginyası Şahzadə Harri və Meqan Marklın iyunun 4-də 1 yaşı tamam olan qızı Lilibetin ad günündən fotosu yayılıb.

Mavi geyimdə olan qızın fotosu ad günü məclisinin keçirildiyi gün Froqmor kottecinin bağçasında çəkilib.

Lilibetin portretinin müəllifi fotoqraf, Şahzadə Harri və Meqan Marklın ailə dostu, həyat yoldaşı ilə birlikdə uşağın ad gününə qatılan Misan Harriman olub.

Misan Harriman fotoları “Twitter” hesabında paylaşıb.

Bu, Lilibetin ikinci rəsmi şəklidir. O, ilk dəfə 2021-ci ilin dekabrında Sasseks hersoqları tərəfindən nəşr olunan bir fotoda görünüb, onların ailə portreti cütlük tərəfindən Milad kartı olaraq buraxılıb.