Zelenski və Şolts arasında telefon danışığı oldu - FOTO
    • 8-06-2022, 14:03
    • 390

Zelenski və Şolts arasında telefon danışığı oldu - FOTO

Ukrayna Prezidenti Vladimir Zelenski və Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı olub.

News24.az xəbər verir ki, bu barədə Prezident Zelenski "Twitter"də bildirib.

"Qlobal ərzaq təhlükəsizliyi üçün müdafiə dəstəyinin artırılması və təmin edilməsi müzakirə olundu. Rusiyanın hərbi əsirlərlə rəftarında beynəlxalq qaydalara riayət etməsi məsələsini qaldırdım. Həmçinin Ukraynanın Aİ-yə inteqrasiyasına dair qərarların əhəmiyyətini vurğuladım", - Zelenski bildirib.