"Müəllimlər sertifikatlaşdırma prosesində 40 suala cavab verməlidir" - Təhsil Nazirliyi
    • 9-06-2022, 17:45
    • 291

"Müəllimlər sertifikatlaşdırma prosesində 40 suala cavab verməlidir" - Təhsil Nazirliyi

"Müəllimlərin sertifikatlaşdırılma prosesində yanlış cavablar düzgün cavablara təsir etməyəcək".

News24.az-ın məlumatına görə, bunu sertifikatlaşdırma ilə bağlı media nümayəndələri ilə görüşdə İnsan resursları mərkəzinin rəhbəri Nurlan İsmayılbəyli deyib.

O qeyd edib ki, müəllimlər sertifikatlaşdırma prosesində 40 suala cavab verməlidir: "Bu suallardan 20-si metodika ilə bağlı olacaq".