AMEA-dan dələduzluq qurbanı olan alimlər barədə AÇIQLAMA
    • 9-06-2022, 18:36
    • 531

AMEA-dan dələduzluq qurbanı olan alimlər barədə AÇIQLAMA

Bir qrup alimə Şuşaya səfər təşkil etmək adı altında dələduzluq edildiyi iddia olunur.

Bununla bağlı AMEA-nın Mətbuat xidmətinin rəhbəri Azadə Balayeva bildirib ki, konfransı AMEA təşkil etməyib. Sadəcə, konfransı təşkil edənlər AMEA-da çalışan bəzi alimlərimizi dəvət ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən isə bildirilib ki, həmin faktla bağlı hazırda Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır, zərərçəkənlər idarəyə müraciət edə bilərlər.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, Əlvan Cəfərov adlı bir nəfər - “İksad Azərbaycan” adlı qurumun baş koordinatoru Şuşada konfrans keçiriləcəyi vədi ilə qeydiyyatdan keçmiş 470 nəfəri, onların içərisində AMEA-nın alimləri də var, Şuşaya səfər adıyla aldadıb, onlardan müəyyən məbləğdə pul alıb. Deyilənə görə, 470 nəfərdən sadəcə 100-ü Şuşaya göndərilib. /Trend/