Azərbaycan Qran-prisi “Formula-2” yarışı ilə start götürdü
    • 10-06-2022, 12:37
    • 1 382

Azərbaycan Qran-prisi “Formula-2” yarışı ilə start götürdü

Azərbaycan Qran-prisinə start verilib.

News24.az-ın məlumatına görə, paytaxtımızda altıncı dəfə keçirilən nüfuzlu yarış “Formula-2” pilotlarının mübarizəsi ilə başlayıb.

“Əvəzedicilər”də hər birində iki sürücü olmaqla, 11 komandanın pilotları sərbəst yürüşə qatılıblar. Onlar mövsümdə altıncı mərhələnin startında 45 dəqiqə mübarizə aparacaqlar.

Bu yürüşlərə Dennis Xauqer, Yehan Daruvala (“Prema”), Cek Doohan, Marino Sato (“Virtuosi”), Liam Louson, Loqan Sarcent (“Karlin”), Markus Armstronq, Jüri Vips (“Hiteç Grand Prix”), Frederik Vesti, Teo Purşer (“Art Grand Prix”), Felipe Druqoviç, Kleman Novalak (“MP Motorsport”), Olli Kalduell, Ralf Boşunq (“Kampos”), Roy Nissani, Ayumu İvasa (“Dams”), Riçard Verşur, Kalan Uilyams (“Trident”), Enzo Fittipaldi, Cem Bölükbaşı (“Çaruz”), Cek Hyuz və Amauri Kordell (“Van Amersfoort”) qatılıblar.

İlk beş mərhələdən sonra Felipe Druqoviç 113 xalla birincidir. İkinci pillədə Teo Purşer (81), üçüncü yerdə Yehan Daruvala (53) qərarlaşıb.

Qeyd edək ki, “Formula-2” pilotları günün ikinci yarısında sıralama yarışında mübarizə aparacaqlar. Bu gün “Formula-1” üzrə iki sərbəst yürüş də təşkil olunacaq.