“Formula 1"lə əlaqədar Bakı metropoliteninin gücləndirilmiş iş rejiminə bir sıra dəyişikliklər edilib
    • 10-06-2022, 15:07
    • 1 787

“Formula 1"lə əlaqədar Bakı metropoliteninin gücləndirilmiş iş rejiminə bir sıra dəyişikliklər edilib

“Formula 1” üzrə Azərbaycan Qran Prisi ilə əlaqədar Bakı metropoliteninin gücləndirilmiş iş rejiminə bir sıra dəyişikliklər edilib.

 News24.az "Bakı Metropoliteni" QSC-yə istinadən verdiyi məlumata görə, bununla əlaqədar yarışın keçiriləcəyi məkanlara yaxın olan stansiyalarda əlavə işçi personalı ayrılmaqla növbətçilik cədvəli tərtib olunub.

Qatarlar texniki cəhətdən mümkün optimal qrafik üzrə hərəkət etdiyindən, gur saatlarda cədvələ dəyişiklik edilməsi mümkün olmasa da, ehtiyat qatarların xəttə verilməsi nəzarətdə saxlanılır. Yarışla əlaqədar günün müxtəlif vaxtlarında sərnişinlərin axın istiqamətlərinin dəyişməsi ehtimalı olduğundan ehtiyat qatarlar istənilən an xəttə çıxmağa hazır saxlanılır.

Qeyd edək ki, Bakıda "Formula 1" üzrə Azərbaycan Qran Prisinə start verilib və iyunun 12-dək davam edəcək..