Rusiya Ümumdünya Turizm Təşkilatından çıxıb
    • 11-06-2022, 00:31
    • 240

Rusiya Ümumdünya Turizm Təşkilatından çıxıb

Rusiya Federasiyası Hökuməti Xarici İşlər Nazirliyinin bu ölkənin Ümumdünya Turizm Təşkilatından çıxması ilə bağlı təklifini qəbul edib.

Müvafiq sərəncam bu gün rəsmi hüquq-informasiya internet portalında dərc edilib.

Aprelin 27-də Rusiya fəaliyyəti siyasiləşdirdiyinə görə Ümumdünya Turizm Təşkilatından (ÜTT) çıxmaq niyyətini açıqlayıb.

Elə həmin gün ÜTT Baş Assambleyası növbədənkənar iclası zamanı Ukraynaya davam edən hərbi hücumla əlaqədar Rusiyanın üzvlüyünün dayandırılması barədə qərar qəbul edib.

Qeyd edək ki, Rusiya 1991-ci ildən SSRİ-nin hüquqi varisi kimi ÜTT-də iştirak edir. /APA/