-
- 11-06-2022, 10:17
- 398
Şəmkirdə arvadı və qızını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Şəmkir rayonunda arvadı və qızını öldürməkdə təqsirləndirilən Elməddin Həsənovun məhkəməsi başlayır.
News24.az-ın xəbərinə görə, cinayət işi üzrə ibtidai istintaq yekunlaşaraq baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Xəqani Səmədovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası iyunun 24-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu ilin fevral ayının 13-də Şəmkir rayonunun Çinarlı qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, həmin gün təxminən saat 07 radələrində 1988-ci il təvəllüdlü E.Həsənov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı yaşadıqları evin yataq otağında hamilə vəziyyətdə olan arvadı, 1995-ci il təvəllüdlü arvadı Lalə Həsənovaya və 2014-cü il təvəllüdlü qızı Qumru Həsənovaya çoxsaylı bıçaq zərbələri vuraraq öldürüb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü, 120.2.7-ci, 120.2.8-ci və 120.2.9-cu maddələri ilə cinayət işi başlanıb.
E.Həsənov tutularaq istintaqa cəlb olunub.