-
- 14-02-2022, 15:02
- 553
Şəmkirdə hamilə qadınla azyaşlı qızın öldürülməsində ŞOK DETAL – 1 GÜN SONRA...
Fevralın 13-də Şəmkir rayonunun Çinarlı qəsəbəsində 1988-ci il təvəllüdlü Elməddin Həsənovun 1995-ci il təvəllüdlü arvadı Lalə Həsənova və 2014-cü il təvəllüdlü qızı Qumru Həsənovaya çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirməsinin təfərrüatları məlum olub.
News24.az-ın məlumatına görə, hadisədən 1 gün sonra hadisəni törədən Elməddin psixi problemləri ilə əlaqədar müalicə kursu almaq üçün Gəncəyə getməli imiş.
Yaxınlarının bildirdiyinə görə, hadisənin baş verdiyi ailə nümunəvi, sakit ailə olub. 2 aylıq hamilə olan Lalə Həsənova Çinarlı qəsəbəsinin Birinci Qarabağ Müharibəsindəki ilk şəhidi olan Etibar Həsənovun qardaşı qızıdır və çox tərbiyəli, nümunəvi ailənin övladı olub. Lakin son vaxtlar Elməddində ruhi-psixoloji gərginlik müşahidə edilib və valideynlərinin səyi ilə o, Gəncədəki xəstəxanada müalicə alıb. Fevralın 14-də o, növbəti müalicə kursunu almaq üçün Gəncəyə getməli imiş.
O da bildirilib ki, səhər saat 7 radələrində baş verən dəhşətli qətl hadisəsini ilk olaraq Elməddin Həsənovun anası görüb. Evin həyətindəki digər mənzildə olan qadın yuxarı tərəfdən səs-küy gəldiyini görərək otağa daxil olub. O, oğlunun gəlini ilə 8 yaşlı nəvəsi Qumruya bıçaqla zərbələr endirdiyini görüb. Özünü itirən qadın qaça-qaça qonşuları köməyə çağırıb. Elməddinə mane olmaq üçün gələn qonşular evə daxil olanda 34 yaşlı şəxs qaçaraq evdən çıxıb.
Bir qədər sonra polislər onu yaxalayıblar.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü, 120.2.7-ci, 120.2.8-ci və 120.2.9-cu maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.