Bakıda anasını öldürmək istəyən şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR
    • 15-04-2022, 15:41
    • 389

Bakıda anasını öldürmək istəyən şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR

Bakıda qadını öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayır.

Bu barədə News24.az-a  Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, 2021-ci ilin oktyabr ayının 17-də paytaxtın Nərimanov rayonu ərazisində 1975-ci il təvəllüdlü Bənövşə Nəcəfovaya xəsarətlər yetirilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

Aparılan istintaqla müəyyən edilib ki, zərərçəkmişin oğlu, 1991-ci il təvəllüdlü Rövşən Nəcəfov birgə yaşadıqları yataqxananın qarşısında qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Bənövşə Nəcəfovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd edib.

Rövşən Nəcəfov Cinayət Məcəlləsinin 29, 120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.