Bakı sakininin kart hesabından pul oğurlandı
    • 11-06-2022, 10:26
    • 366

Bakı sakininin kart hesabından pul oğurlandı

Bakı sakininin kart hesabından pul oğurlanıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə iyunun 9-da Bakı şəhər sakini N.Eyvazovun bank hesabından 383 manatının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Almasi müəyyən edilərək saxlanılıb.

 Araşdırma aparılır.