"Formula 2" üzrə Azərbaycan Qran-prisində növbəti qəza baş verdi
    • 11-06-2022, 14:12
    • 2 020

"Formula 2" üzrə Azərbaycan Qran-prisində növbəti qəza baş verdi

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində növbəti qəza baş verib.

News24.az-ın məlumatına görə, "Prema Racing"dən Dennis Hauger sprint yarışında 14-cü dövrədə qoruyucu səddə çırpılıb.

Nəticədə 19 yaşlı pilot mübarizəni dayandırmalı olub.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-də başa çatacaq.