Azərbaycan Avropa çempionu oldu!
    • 11-06-2022, 23:20
    • 439

Azərbaycan Avropa çempionu oldu!

Mini futbol üzrə Azərbaycan millisi bu gün Avropa çempionatında final oyununa çıxıb.

Slovakiyanın Koşitse şəhərində keçirilən həlledici qarşılaşmada komandamızın rəqibi Rumıniya olub.

Elşad Quliyevin yetirmələri matça bu dəfə daha inamlı başlayıb.

"İdman TV" telekanalı vasitəsilə canlı yayımlanan görüşdə yeganə qolu 25-ci dəqiqədə Seymur Məmmədov vurub.

İkinci hissədə rəqibin təzyiqinə baxmayaraq, qapısının toxunulmazlığını qorumağı bacaran yığmamız 1:0 hesablı qələbə qazanaraq, 10-cu dəfə təşkil edilən Avropa çempionatında ilk çempionluğuna yiyələnib.